“Şeytanın qıçını qırdı”: 42 illik uğursuzluq başa çatdı - VİDEO

4 Yanvar 2022 12:00 İngiltərə 783
“Şeytanın qıçını qırdı”: 42 illik uğursuzluq başa çatdı - VİDEO

İngiltərə Premyer Liqasının XXI turunda “Mançester Yunayted” öz meydanında “Vulverhempton”la qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, oyunun taleyini bir qol həll edib.

Qarşılaşmanın 85-ci dəqiqəsində Moutinyo “canavarlar”a qələbə qazandıran yeganə qola imza atıb.

Bu, “qırmızı şeytanlar”ın Premyer Liqadakı 6, ümumilikdə isə 8 oyundan sonra ilk məğlubiyyəti olub.

“Manukunianlar” sonuncu dəfə ötən ilin noyabr ayının 20-də “Uotford”a uduzmuşdu.

Maraqlıdır ki, “Vulverhempton” əfsanəvi “Old Trafford” stadionunda sonuncu qələbəsini uzaq 1980-ci ildə qazanmışdı.

Bu qələbə “Mançester Yunayted”in məğlubiyyətsizlik seriyasının qırılması ilə yanaşı, qonaqlar üçün də uzunmüddətli uğursuzluğun sona çatmasına da səbəb olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti