50 milyon avro ödəməyə hazırdırlar - Qrizmann üçün

3 Yanvar 2022 10:00 İngiltərə 772
50 milyon avro ödəməyə hazırdırlar - Qrizmann üçün

"Tottenhem” müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Atletiko”da çıxış edən Antuan Qrizmannı heyətinə qatmaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə “Tottenhem”in “Barselona”ya Qrizmann üçün 50 milyon avro təklif etməyə hazırlaşdığı bildirilib.

Qrizmann bu mövsüm “Atletiko”da 18 oyunda 7 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti