"Çelsi" Londonda "Liverpul"a məğlubiyyətdən qaçdı - VİDEO

3 Yanvar 2022 00:00 İngiltərə 487
"Çelsi" Londonda "Liverpul"a məğlubiyyətdən qaçdı - VİDEO

İngiltərə Premyer Liqasında XXI turun mərkəzi görüşü "Çelsi" və "Liverpul" arasında keçirilib.

Sportinfo.az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2.

İlk iki qolu qonaq komandanın futbolçuları vurub. 9-cu dəqiqədə Sadio Mane, 26-cı dəqiqədə Məhəmməd Salah fərqlənib.

Meydan sahiblərindən Mateo Kovaçiç 42-ci, Kristian Pulişiç isə 45+1-ci dəqiqədə qol vuraraq, yekun nəticəni müəyyənləşdiriblər.

Beləliklə, məğlubiyyətdən qurtulan "Çelsi" 43 xalla 2-ci pillədə qalıb və lider "Mançester Siti"dən 10 xal geri düşüb. Ehtiyatda bir oyunu olan "Liverpul" isə 42 xalla 3-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti