"Mən yenidən oynamaq istəyirəm, amma özüm və ailəm üçün doğru olanı etməliyəm"

2 Yanvar 2022 21:40 İngiltərə 1 018
"Mən yenidən oynamaq istəyirəm, amma özüm və ailəm üçün doğru olanı etməliyəm"

"Sautgempton"un futbolçusu Sem Makkuin karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı vinger dizindəki zədə səbəbindən bu addımı atıb.

İngiltərəli oyunçu bunun çox çətin qərar olduğunu bildirib: "Mən həqiqətən yenidən futbol oynamaq istəyirəm. Amma özüm və ailəm üçün doğru olanı etməliyəm".

"Sautgempton"un yetirməsi olan Sem Makkuin 2014-cu ildən əsas komandada çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti