"Bu açıqlama məni çox təəccübləndirdi, onun dediklərini bəyənmədim"

2 Yanvar 2022 10:20 İngiltərə 819
"Bu açıqlama məni çox təəccübləndirdi, onun dediklərini bəyənmədim"

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel futbolçusu Romelu Lukakunun “komandadakı yerimdən narahatam, məşqçi mənə uyğun sistem seçmir” deməsinə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Tuxel belçikalı hücumçunun açıqlamasına belə cavab verib:

“Lukakunun bu açıqlaması məni çox təəccübləndirdi. Dürüst olaq, onun dediklərini bəyənmədim.

Bu məsələni tez bir zamanda danışıb, həll edəcəyik. Lukakunun xoşbəxt olmaması üçün bir səbəb görmürəm”.

“Çelsi” ilə bu mövsüm 13 oyuna çıxan Lukaku 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…