“Mançester Yunayted”in nəticələrindən narazıyam” – Ronaldo

1 Yanvar 2022 15:20 İngiltərə 1 301
“Mançester Yunayted”in nəticələrindən narazıyam” – Ronaldo

“Mançester Yunayted”in ulduzu Kriştiano Ronaldo Yeni il münasibətilə “instaqram” hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı hücumçu, paylaşımında bunları qeyd edib:

“Mançester Yunayted”in nəticələrindən narazıyam. Biz hamımız narazıyıq. Buna əminəm. Bilirik ki, ürəkdən çalışmalı, indikindən yaxşı oynamalıyıq.

Qoy Yeni il bu mövsümün dönüş ili olsun. Gəlin, 2022-ci ili yüksək ruhla və güclü mentalitetlə qarşılayaq. Gəlin, hər şeyi edək ki, klubu ulduzların yanına çatdıraq və onu əvvəl harada idisə, ora da qaytaraq.

Yeni iliniz mübarək. Tezliklə görüşərik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti