"Kavani “Barselona”dan təklif alsa, bu variantı düşünməyəcək"

26 Dekabr 2021 00:20 İngiltərə 706
"Kavani “Barselona”dan təklif alsa, bu variantı düşünməyəcək"

“Mançester Yunayted”in futbolçusu Edinson Kavaninin meneceri Andre Kyuri müştərisinin klubu tərk etmək istədiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə o, Braziliya mətbuatına açıqlamasında deyib.

Kyuri, Kavaninin “Mançester Yunayted”də xoşbəxt olmadığını söyləyib:

“Kavani “Mançester Yunayted”də xoşbəxt deyil. Onunla maraqlanan Braziliya klubları var. Lakin Kavani “Barselona”dan təklif alsa, Braziliya variantını düşünməyəcək.

“Barselona”da vəziyyətin necə olduğunu bilmirik. Kavani böyük futbolçudur və o, “Barselona”da oynamaq üçün hər şeyə sahibdir”.

Kavaninin qış fasiləsində “Barselona”ya keçəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…