Yeni müqavilə təklif edirlər - Razılaşsa, məvacibi artırılacaq  

21 Dekabr 2021 15:20 İngiltərə 743
Yeni müqavilə təklif edirlər - Razılaşsa, məvacibi artırılacaq  

“Mançester Siti” Bernardu Silva ilə müqaviləni uzatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “Siti”nin baş məşqçisi Xosep Qvardiola portuqal futbolçunun oyunundan razıdır.

Rəhbərlik onun yaxşı oyununu cavabsız qoymaq istəmir.

Məlumata görə, 27 yaşlı futbolçuya yeni müqavilə təklif olunacaq. Onun məvacibi artırılaraq həftədə 350 min avroya yüksələcək.

Silva “Siti”yə 2017-ci ildə “Monako”dan keçib. Onun müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…