Məşqçi karyerasına İngiltərədə başladı – Koreyalı sabiq forvard

21 Dekabr 2021 18:20 İngiltərə 926
Məşqçi karyerasına İngiltərədə başladı – Koreyalı sabiq forvard

“Mançester Yunayted”in sabiq forvardı Pak Çji Sun məşqçi karyerasına İngiltərədə başlayıb.

Sportinfo.az xəbər verir ki, o, KPR-i çalışdıracaq.

40 yaşlı koreyalı mütəxəssis klub saytına fikirlərini bildirib:

“Karyeram ərzində futbolçu və məşqçilərdən çox şey öyrənmişəm. Çoxları hesab edir ki, məşqçi olmaq elə futbolçu olmaqla eynidir.

Amma deməliyəm ki, bunlar ayrı-ayrı işdir. Məşqçi işləmək təkcə taktika deyil, həm də komandadaxili ünsiyyət və hər bir oyunçuya təsir etmək bacarığı deməkdir”.

Pak Çji Sun MY-ni tərk etdikdən sonra 2 mövsüm KPR-in şərəfini qoruyub. O, karyerasını 2014-cü ildə bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti