Məşhur baş məşqçi ondan narazı qalıb – Axı necə olur ki...

21 Dekabr 2021 10:00 İngiltərə 639
Məşhur baş məşqçi ondan narazı qalıb – Axı necə olur ki...

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Tottenhem”lə oyunun hakimindən narazı qalıb.

Sportinfo.az xəbər verir ki, Kloppun fikrincə, hakim ilk hissədə “Tottenhem”in hücumçusu Qari Keynə qırmızı vərəqə göstərməli idi.

Keyn Endryu Robertsona qarşı açıq ayaqla qayda pozuntusu etmişdi. Hakim isə ona sarı vərəqə göstərmişdi.

Klopp hesab edir ki, hakim onların təmiz penaltisini də verməyib. O, “Liverpul”un futbolçusu Robertsonun meydandan qovulmasının düzgün olduğunu bildirib.

Amma deyib ki, necə olur ki, Robertsonun etdiyi qayda pozuntusuna VAR vasitəsilə baxılır, amma Keynin etdiyi qayda pozuntusuna yox.

2:2 hesabı ilə başa çatan oyunun baş hakimi Pol Tirni olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti