"Bu, səhv olar - Başqa insanın ağlına girmək çox çətindir"

19 Dekabr 2021 10:00 İngiltərə 657
"Bu, səhv olar - Başqa insanın ağlına girmək çox çətindir"

“Tottenhem”in baş məşqçisi Antonio Konte son vaxtlar komandada koronavirusa yoluxma hallarının artması haqda açıqlama verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssis “komandada koronavirusa qarşı peyvənd olunmayan biri varmı” sualına belə cavab verib:

“Buna cavab vermək asan deyil. Hər insan öz qərarını özü verməlidir”.

Konte kimisə peyvənd olunmağa məcbur etməyəcəklərini də qeyd edib:

“Bu, səhv olar. Başqa bir insanın ağlına girmək çox çətindir. Mən həm öz klubumuzda, həm də digər klublarda hər kəsin müstəqil və düzgün qərar verəcəyinə inanıram”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…