Paytaxt klubunda koronavirusa yoluxan futbolçuların kimliyi bilindi

18 Dekabr 2021 00:20 İngiltərə 641
Paytaxt klubunda koronavirusa yoluxan futbolçuların kimliyi bilindi

“Çelsi”də koronavirusa yoluxan futbolçuların kimliyinə aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Tomas Tuxel məlumat verib.

O, klubun rəsmi saytına açıqlamasında bildirib ki, Romelu Lukaku, Timo Verner, Kallum Hadson-Odoi və Ben Çiluelldən götürülmüş COVİD-19 testləri pozitiv çıxıb.

Tuxel bu dörd futbolçu ilə yanaşı, Mateto Kovaçiçin də karantinə alındığını bəyan edib.

Son günlərdə İngiltərə Premyer Liqasında koronavirusa yoluxma sayı sürətlə artmaqdadır. Bu üzdən xeyli oyun təxirə salınıb.

“Çelsi” Premyer Liqanın 18-ci turunda səfərdə “Vulverhempton”la qarşılaşacaq. Bu oyun dekabrın 19-da keçirilməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…