“Arsenal”dan ayrılmaq istəyən hücumçu “Barselona”ya keçir?

18 Dekabr 2021 00:10 İngiltərə 680
“Arsenal”dan ayrılmaq istəyən hücumçu “Barselona”ya keçir?

“Arsenal”da əsas komandanın heyətindən kənarlaşdırılan və kapitanlığı əlindən alınan hücumçu Pyer-Emerik Obameyanq qışda klubu tərk edəcək.

Sportinfo.az xəbər verir ki, “Barselona” qabonlu hücumçunun vəziyyəti ilə yaxından maraqlanır.

“Barselona” hücum xəttindəki problemləri həll etmək üçün Obameyanqı heyətinə qatmaq istəyir.

32 yaşlı futbolçu qışda azad agent kimi Kataloniya klubuna keçə bilər.

Obameyanq intizam qaydalarını pozduğu üçün “Arsenal”ın əsas heyətindən kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…