Premyer Liqa klubunun 19 üzvündə koronavirus aşkarlandı

17 Dekabr 2021 12:20 İngiltərə 695
Premyer Liqa klubunun 19 üzvündə koronavirus aşkarlandı

“Mançester Yunayted”də koronavirusa yoluxanların sayı artıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”da ümumilikdə 19 nəfərdə virus aşkarlanıb.

Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Virusa yoluxanların adları və vəzifələri açıqlanmayıb.

“Mançester Yunayted”in Premyer Liqada 17-ci turda “Brentford”a qarşı keçirməli olduğu oyun təxirə salınıb. Növbəti turun “Brayton”la oyunu da ertələnə bilər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…