Premyer Liqada peyvənd olunmaq istəməyənlərin maaşı azaldılacaq

16 Dekabr 2021 12:20 İngiltərə 598
Premyer Liqada peyvənd olunmaq istəməyənlərin maaşı azaldılacaq

İngiltərə Premyer Liqasında peyvənd olunmaq istəməyən futbolçulara qarşı cəza tədbiri planlaşdırılır.

Sportinfo.az xəbər verir ki, klublar peyvənd olunmaq istəməyən futbolçuların məvaciblərinin azaldılması məsələsini müzakirə edirlər.

Bu addımın atılmasını Premyer Liqada yoluxma sayının artması labüd edir. Dekabrın 6-12-si aralığında futbolçular və klub əməkdaşları arasında 42 yoluxma faktı müəyyən olunub.

Premyer Liqada həftəlik yoluxma sayının açıqlanmasına başlandıqdan bəri, bu, ən yüksək göstəricidir.

Artıq yoluxma sayının çox olması ucbatında “Tottenhem”in 2 qarşılaşması və “Brenford”-“Mançester Yunayted” oyunu təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM