O, kimi Premyer Liqanın ən yaxşı futbolçusu hesab edir?

16 Dekabr 2021 10:00 İngiltərə 622
O, kimi Premyer Liqanın ən yaxşı futbolçusu hesab edir?

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq futbolçusu Ouen Harqrivz “Mançester Siti”nin yarımmüdafiəçisi Bernard Silvanı Premyer Liqanın ən yaxşı futbolçusu hesab edir.

Amma Məhəmməd Salahdan sonra:

“Əgər Məhəmməd Salah Maykl Cordan kimi oynamasaydı... Elə bu faktın özü də göstərir ki, Silva necə güclü futbolçudur.

O, təkbaşına 5 mövqedə əla oynamağa qadirdir. Pep üçün ideal futbolçudur. Silva topla əla davranır.

Bernard müasir “on nömrə”dir. O qədər yaxşıdır ki, hətta Kante səviyyəsində pressinq edir”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…