Premyer Liqa klublarında yoluxma sayı 42-yə çatdı

14 Dekabr 2021 15:20 İngiltərə 1 048
Premyer Liqa klublarında yoluxma sayı 42-yə çatdı

İngiltərə Premyer Liqasında koronavirusa yoluxma hallarının sayında kəskin artım qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, dekabrın 6-dan 12-dək olan müddətdə 42 nəfərin koronavirus testinin nəticəsi müsbət olub.

Koronavirus testindən ümumilikdə 3805 futbolçu və klub işçisi keçib. Virusa yoluxmuş şəxslərin adları, klubları və şəxsiyyətləri açıqlanmır.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM