Premyer Liqa klubu bazasını bağladı - Koronavirusa görə

14 Dekabr 2021 01:40 İngiltərə 585
Premyer Liqa klubu bazasını bağladı - Koronavirusa görə

"Mançester Yunayted" təlim-məşq bazasını bağlayıb.

Sportinfo.az xəbər verir ki, buna son vaxtlar ölkədə koronavirusun "Omikron" ştamının yayılması səbəb olub.

Bu üzdən "qırmızı şeytanlar"ın bazası ən azı 24 saat qapalı qalacaq.

İngiltərənin bəzi klublarında yoluxma hallarının sayı xeyli artıb. Son olaraq, "Aston Villa"da bir neçə klub əməkdaşı və futbolçunun koronavirus testi müsbət çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…