“Real”ın hücumçusu üçün 80 milyon avro ödəməyə hazırdır - “Liverpul”

14 Dekabr 2021 00:10 İngiltərə 773
“Real”ın hücumçusu üçün 80 milyon avro ödəməyə hazırdır - “Liverpul”

“Real”ın futbolçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu ilə “Liverpul” yaxından maraqlanır.

“Liverpul” Rodriqo üçün “Real”a 80 milyon avro ödəməyə hazırdır. Qış transfer pəncərəsi dövründə tərəflər arasında danışıqlar olacaq.

Rodriqo 2019-cu ilin yayından “Real”da çıxış edir. 20 yaşlı hücumçu bu mövsüm 19 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…