Sportinfo.az xəbər verir ki, “Arsenal” azarkeşi olan britaniyalı jurnalist Pirs Morqan “Manşester Yunayted”lə oyundan əvvəl Kriştiano Ronaldoya müraciət edib.
Media mənsubu Ronaldodan xahiş edib “Arsenal”ın qapısına qol vurmasın. Amma portuqal futbolçu həmin oyunda dubl edib və MY qalib gəlib – 3:2.
Oyundan sonra Ronaldo jurnalistə “Bağışla” mesajını göndərib. Morqan deyir ki, Kriştianonun üzrxahlığını qəbul edərdi, amma futbolçu mesaja gülüş işarəsi qoyub.
Bu da jurnalistə pis təsir edib. Ona görə də Ronaldonun üzrxahlığını qəbul etmir.

