Salaha bir addım lazımdır - Ya qol vurur, ya da...

13 Dekabr 2021 18:40 İngiltərə 839
Salaha bir addım lazımdır - Ya qol vurur, ya da...

“Liverpul” Premyer Liqanın 16-cı turunda “Aston Villa”ya qalib gəlib – 1:0.

Sportinfo.az xəbər verir ki, “Liverpul”un qolunu Məhəmməd Salah vurub.

Misirli hücumçu turnirin rekordunu təkrarlamaq üçün daha bir oyunda fərqlənməlidir.

O, dalbadal 14 oyundur ki, ya qol vurur, ya da məhsuldar ötürmə edir. Bu göstəricidə rekord isə “Lester”in hücumçusu Ceymi Vardiyə məxsusdur.

Vardi 2015-ci ilin avqustundan dekabrına qədər olan dövrdə 15 oyunda ya qol vurub, ya da qol ötürməsi edib.

Salah cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 22 oyunda 21 qol vurub, 9 qol ötürməsi edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti