Paytaxt klubu kapitan əvəzedici heyətə göndərdi – Bu səbəbdən

13 Dekabr 2021 00:20 İngiltərə 648
Paytaxt klubu kapitan əvəzedici heyətə göndərdi – Bu səbəbdən

"Arsenal"ın kapitanı Pyer-Emerik Obameyanq əsas komandadan kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, qabonlu futbolçu baş məşqçi Mikel Artetatının qərarı ilə əvəzedici kollektivə göndərilib.

Buna 32 yaşlı hücumçunun intizamsızlığı səbəb olub. Təcrübəli forvardın adı London təmsilçisinin "Sautgempton"u 3:0 hesabı ilə məğlub etdiyi Premyer Liqanın XVI tur matçı üçün iştirak ərizəsinə də bu üzdən salınmayıb.

İddiaya görə, klub rəhbərliyindən icazə alaraq ölkə xaricinə yollanan Obameyanq təyin olunan vaxtda İngiltərə qayıtmayıb. Ondan kapitanlıq sarğısının da alınacağı gözlənilir.

Ümumiyyətlə, bu, futbolçunun ilk intizamsızlığı deyil. O, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edərkən iclasa gecikdiyi üçün 2 dəfə əsas komandadan kənarda qalıb.

Pyer-Emerik Obameyanq bu mövsüm 14 çempionat oyununda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti