Ronaldo "Mançester Yunayted"dən hara gedəcək?

12 Dekabr 2021 00:30 İngiltərə 871
Ronaldo "Mançester Yunayted"dən hara gedəcək?

Kriştiano Ronaldo "Mançester Yunayted"dən ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, portuqaliyalı ulduzun sabiq klubu "Real"a qayıtmaq ehtimalı var.

Ralf Ranqnikin "Mançester Yunayted"ə baş məşqçi təyin olunması Ronaldonun qışda Madridə dönməsinə səbəb ola bilər.

36 yaşlı hücumçunun alman mütəxəssisin yüksək enerjili pressinq oyununa uyğun olub-olmayacağı ilə bağlı narahatlıqları var.

Kriştiano Ronaldo "Real"da keçirdiyi 9 il ərzində meydana çıxdığı 438 oyunda 450 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM