"İndi onun özünü necə hiss etdiyini təxmin edə bilirəm"

11 Dekabr 2021 18:40 İngiltərə 515
"İndi onun özünü necə hiss etdiyini təxmin edə bilirəm"

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqada “Aston Villa”ya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, Klopp rəqib komandanın baş məşqçisi, “Liverpul”un sabiq oyunçusu olan Stiven Cerrardla bağlı bunları söyləyib:

“Açığı, Cerrardın möhtəşəm hekayəsi var. İndi onun özünü necə hiss etdiyini təxmin edə bilirəm. Bir müddətdir baş məşqçilik edir və oyunlara necə yanaşacağını yaxşı bilir.

Mən də onun kimi hisslər yaşamışam. “Liverpul” ilə “Borussiya” (Dortmund) səfərinə yollananda… Həqiqətən, çox qəribədir”.

Klopp Cerrardın bir gün “Liverpul”u çalışdıracağına inandığını da söyləyib:

“Bəli, düşünürəm. O, bir gün “Liverpul”a baş məşqçi kimi gələcək. Əsas olan bunun üçün doğru zamanın nə vaxt olduğudur. Frenk Lempardın “Çelsi”yə qayıdışını gördük. Oxşar hekayədir”.

Bu gün keçiriləcək “Liverpul” – “Aston Villa” matçı saat 19:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti