“Mançester Yunayted" ona əvəzləyici tapıb – 59 milyona

6 Dekabr 2021 18:20 İngiltərə 1 201
“Mançester Yunayted" ona əvəzləyici tapıb – 59 milyona

“Mançester Yunayted” rəhbərliyi Poqbanın klubu tərk edəcəyindən narahatdır

Sportinfo.az xəbər verir ki, klub rəsmiləri bu təhlükəni nəzərə alaraq Poqbanı əvəz edəcək futbolçu axtarır.

Məlumata görə, artıq bununla bağlı qərar qəbul edilib.

“Mançester Yunayted”in skautları “Aston Villa”nın yarımmüdafiəçisi Con Makqinnin komandaya uyğun gəldiyini bildiriblər.

“Aston Villa”nın şotland oyunçu üçün 59 milyon avro tələb edəcəyi bildirilir. O, “Aston Villa”ya 2018-ci ildə “Hibernian”dan keçib.

Onun müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, cari mövsümdə 14 oyunda meydana çıxıb, 3 qol vurub, 2 qol ötürməsi edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti