"Bu, artıq sirkə çevrilməyə başlayıb - Klub daha neçə məşqçi dəyişəcək?"

5 Dekabr 2021 21:40 İngiltərə 790
"Bu, artıq sirkə çevrilməyə başlayıb - Klub daha neçə məşqçi dəyişəcək?"

“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra İngiltərə klubunun rəhbərliyini Ule Qunnar Sulşeri istefaya göndərməsinə görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, fransalı "qırmızı şeytanlar"ın rəhbərliyi barədə bunları deyib:

"Bu, artıq sirkə çevrilməyə başlayıb. Klub daha neçə məşqçi dəyişəcək? Biz bilmirik ki, Ralf Ranqnik 6 ay burada olacaq, sonra başqası gələcək ya, yox.

Bu, müvəqqəti olan və sonra üç illik müqavilə imzalayan Sulşerlə bağlı baş verdi”.

​​Evra 2006-2014-cü ildə "Mançester Yunayted"də çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti