Ronaldo dubl etdi, “Mançester Yunayted” “Arsenal”a qalib gəldi - VİDEO

3 Dekabr 2021 10:20 İngiltərə 531
Ronaldo dubl etdi, “Mançester Yunayted” “Arsenal”a qalib gəldi - VİDEO

İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Mançester Yunayted" doğma meydanda "Arsenal"ı qəbul edib.

Oyunda hesabı 13-cü dəqiqədə "Arsenal"ın yarımmüdafiəçisi Emili Smit-Rou açıb. Birinci hissənin sonlarında meydan sahibləri portuqaliyalı Bruno Fernandeşin səyi ilə hesabı bərabərləşdirib, i

kinci hissənin əvvəlində isə onun həmyerlisi Kriştianu Ronaldo “Mançester Yunayted”i hesabda önə keçirib. Artıq iki dəqiqə sonra Martin Edeqor bu mövsüm ikinci dəfə fərqlənərək yenidən tarazlığı bərpa edib.

Qarşılaşmanın 70-ci dəqiqəsində Ronaldu dubl edib – o, penalti zərbəsini reallaşdıraraq matçın yekun hesabını müəyyənləşdirib - 3:2.

"Mançester Yunayted" - "Arsenal" 3:2

Qollar: Bruno Fernandes, 44, Kriştiano Ronaldo, 52, 70 (pen) - Emil Smit-Rou, 13, Martin Ödeqard, 54

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!