Azərbaycanda 595 yeni yoluxma - 12 nəfər vəfat etdi

31 Dekabr 2021 22:10 İngiltərə 785
Azərbaycanda 595 yeni yoluxma - 12 nəfər vəfat etdi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 595 yeni yoluxma faktı qeydə alınıb, 753 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 616 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 599 546 nəfər müalicə olunaraq sağalıb, 8358 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 043 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10549, bu günə qədər isə ümumilikdə 5 863 885 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti