"Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular onu sevirdilər"

2 Dekabr 2021 15:40 İngiltərə 398
"Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular onu sevirdilər"

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson onun dövründə komandanın ən yaxşı kapitanının kim olduğu barədə sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, Ferqyuson Brayan Robsonun ən yaxşı kapitan olduğunu bildirib:

“Mənim gördüklərim arasında ən yaxşı kapitan Brayan Robsondur. Hesab edirəm ki, o, həm də “Mançester Yunayted”in ən yaxşı futbolçusu idi.

Futbolçular onu sevir, hörmət edir, qulaq asırdılar. Kapitan olmaq asan deyil.

Çünki o, futbolçulara həqiqəti deməyə məcburdur. Heç kimi tez-tez tərifləmirdi, amma oyunçular Brayanı sevirdilər.

Robson yeganə kapitan idi ki, mənə baxmadan meydanda qərar qəbul edə bilərdi. Onun bunu etməyə cəsarəti çatırdı”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"