“Mançester Yunayted”i “Arsenal”la matça kim çıxaracaq?

2 Dekabr 2021 00:00 İngiltərə 741
“Mançester Yunayted”i “Arsenal”la matça kim çıxaracaq?

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 14-cü turunda doğma meydanda “Arsenal”la qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ı bu oyuna da Maykl Karrik çıxaracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Mançester Yunayted”də 12-ci turun “Uotford”la səfər oyunundan (1:4) sonra baş məşqçi Ole Qunnar Sulşer istefaya göndərilmiş və komanda müvəqqəti olaraq Karrikə tapşırılmışdı.

“Qırmızı şeytanlar”ı 13-cü tur çərçivəsində baş tutan “Çelsi” ilə səfər oyununa da məhz Karrik çıxarmışdı.

Klub rəhbərliyi bir neçə gün öncə baş məşqçi postuna Ralf Ranqniki gətirib. Lakin komandanı qarşıdakı oyuna Karrik hazırladığından, oyunda da onun texniki zonada olmasına qərar verilib.

Ralf Ranqnik mövsümün sonuna kimi “Mançester Yunayted”ə baş məşqçi təyin olunub. Lakin onun Britaniyada işçi vizası alması da hələ mümkün olmayıb. Bu üzdən almaniyalı məşqçinin işinə nə vaxt başlayacağı bilinmir.

Mançester təmsilçisi Premyer Liqada bu mövsüm keçirdiyi 13 oyunda cəmi 18 xal toplayıb və 8-ci pillədə qərarlaşıb.

“Mançester Yunayted” – “Arsenal” matçı bu gün “Old Trafford”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var