Premyer Liqa klubu ad günündə tort gətirməyən futbolçuları cərimələyir

1 Dekabr 2021 00:00 İngiltərə 400
Premyer Liqa klubu ad günündə tort gətirməyən futbolçuları cərimələyir

"Börnli"nin baş məşqçisi Şon Dayç futbolçuları cərimələmək üçün maraqlı üsul tapıb.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın yarımmüdafiəçisi Duayt Maknil "Daily Mail" nəşrinə açıqlama verib.

Onun sözlərinə görə, oyunçular ad günlərində komanda yoldaşlarına tort verməsələr, cərimələnəcəklər:

"Bizim pəhrizlə məşğul olan mütəxəssislərimiz var. Hər gün çəkimizi və bədənimizdəki yağ səviyyəsini ölçürük.

Buna görə hamının forması qaydasındadır. Amma kiminsə doğum günü olanda vəziyyət dəyişir. Həmin şəxs komanda yoldaşlarına tort gətirməsə, cərimələnir".

"Börnli" Premyer Liqada 12 turdan sonra 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!