"Ağlamaq istəyirəm”

23 Noyabr 2021 12:20 İngiltərə 516
"Ağlamaq istəyirəm”

“Çelsi”nin sabiq hücumçusu Didye Droqba “Liverpul”un hücumçusu Məhəmməd Salah haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Droqba Salahın ona məxsus olan rekordları qıracağına inanır.

O, bu məsələyə zarafatyana münasibət bildirib: “Əgər belə davam etsə, onda o, mənim bütün rekordlarımı qıracaq. Ağlamaq istəyirəm”.

Salah oktyabr ayında vurduğu qollardan sonra Premyer Liqada ən yaxşı afrikalı hücumçu oldu. Məhəmməd məhz Droqbanın rekordunu qırdı.

Didye 254 oyunda 104 qol vurub. Bu rekordu yeniləmək üçün Salaha 167 oyun bəs edib. Hazırda o, 169 oyunda 107 qol vurub.

Droqba Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçudur. Onun hesabında 44 qol var. Salah 11 qol az vurub.

Digər Xəbərlər
Xəbər Lenti