Yeni baş məşqçi Premyer Liqada debüt edə bilmədi - Koronavirus əngəli

21 Noyabr 2021 22:00 İngiltərə 395
Yeni baş məşqçi Premyer Liqada debüt edə bilmədi - Koronavirus əngəli

“Nyukasl”ın baş məşqçisi Eddi Hou koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Eddinin koronavirus testi müsbət çıxıb.

Bir müddət əvvəl “Nyukasl”a baş məşqçi təyin olunan 43 yaşlı mütəxəssis koronavirusa yoluxduğu üçün Premyer Liqada yeni komandasıyla debüt edə bilməyib.

“Nyukasl” Premyer Liqanın 12-ci turunda “Brentford”la 3:3 hesablı heç-heçə edib.

Digər Xəbərlər
Xəbər Lenti