”Kabusdan sonra kabus oldu - Üzr istəyirəm, belə oynaya bilməzsən”

21 Noyabr 2021 12:20 İngiltərə 456
”Kabusdan sonra kabus oldu - Üzr istəyirəm, belə oynaya bilməzsən”

“Mançester Yunayted”in qapıçısı David De Xea Premyer Liqanın 12-ci turu çərçivəsində “Uotford”a 1:4 hesablı məğlubiyyətindən sonra azarkeşlərdən üzr istəyib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı kiper uğursuz oyunu bu cür dəyərləndirib:

“Deməyə söz yoxdu. “Mançester Yunayted”in oyununu izləmək asan deyildi. Bu isə qəbuledilməzdi.

Məşqçini və ya heyəti günahlandırmaq asandır, amma bəzən futbolçular daha çox şey göstərməli olur. ​İlk hissədə 4 qol buraxdıq. Kabusdan sonra kabus oldu.

Oyunlardan da görmək olar ki, bu, çox aşağı səviyyədi. Bir daha azarkeşlərdən üzr istəyirəm. Bu “Mançester Yunayted” deyil, belə oynaya bilməzsən”.

Digər Xəbərlər
Xəbər Lenti