“Əgər onu meydanda saxlasaydım, onda ailəsindən zəng edəcəkdilər ki…“

16 Noyabr 2021 15:20 İngiltərə 865
“Əgər onu meydanda saxlasaydım, onda ailəsindən zəng edəcəkdilər ki…“

İngiltərə DÇ-2022-nin seçmə mərhələsinin son oyununda San-Marinoya qalib gəlib – 10:0.

Sportinfo.az xəbər verir ki, yığmanın hücumçusu Qarri Keyn bu oyunda poker edib. Baş məşqçi Qaret Sautqeyt poker etdikdən sonra futbolçunu əvəzləyib.

O, bu addımına zarafatyana münasibət bildirib: “Əgər onu meydanda saxlasaydım, onda Ueyn Runinin ailəsindən zəng edəcəkdilər ki, onu meydandan çıxardım.

Keyn fenomenal hücumçudur. Amma bir neçə oyunda qol vurmaq üçün şansı olmadı. Ona görə də bu qarşılaşmada ona şans verdik. O da bundan çox yaxşı yararlandı”.

İngiltərə yığmasının tarixində ən çox qol vuran futbolçu Ueyn Runidir -53. Qarri Keynin hesabında 48 qol var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti