“Mançester Siti”nin futbolçusu Kevin De Bröyne maraqlı etiraf edib.
29 yaşlı belçikalı yarımmüdafiəçi Premyer Liqada 11-ci turda “Mançester Yunayted”lə keçirilən oyundan əvvəl komandanın düşərgəsində yaşananları açıqlayıb.
Sportinfo.az xəbər verir ki, o, “Siti”nin baş məşqçisi Xosep Qvardiolanın “Mançester Yunayted”in hansı taktika ilə meydana çıxacağını bilmədiyini deyib:
“Adətən, oyuna 1 gün qalmış biz taktiki müzakirə aparırıq. Qvardiola rəqibin hansı sistemlə oynayacağını əvvəlcədən bilir və buna uyğun da taktika müəyyənləşdirir. A
mma o, MY ilə oyundan əvvəl keçirilən müzakirədə belə dedi: “Biz onların neçə oynayacağını bilmirik. Meydana çıxarlar, baxarıq”.
Buna görə də məşğələ cəmisi 10 dəqiqə çəkdi. Qvardiola onların 5, yoxsa 4 müdafiəçi və ya 3 hücumçu ilə meydana çıxacağını bilmirdi.
Biz meydana çıxıb, həmişə nə edirdiksə, onu da etdik”.
“Mançester Siti” “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gəlib.

