"Ona mənimlə birlikdə çalışmağı təklif etsəm də, cavabı “yox” oldu”

12 Noyabr 2021 10:20 İngiltərə 732
"Ona mənimlə birlikdə çalışmağı təklif etsəm də, cavabı “yox” oldu”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis London təmsilçisinin keçmiş çalışdırıcısı Arsen Venger haqda danışıb:

“Vengerdən ilham alıram. O olmasaydı, bu gün burda olmazdım, sahib olduğum karyeranın ləzzətini görə bilməzdim.

Venger baş məşqçi olmağımda böyük rol oynadı. Gənc idim və bəzi məsləhətlərə ehtiyacım var idi.

Venger məni daha da böyütdü və fərqli olmağıma səbəb oldu. “Arsenal”da işə başlayanda Vengerə mənimlə birlikdə çalışmağı təklif etsəm də, cavabı “yox” oldu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti