“Evə qayıdanda, bu xəbərləri görüb təəccübləndim"

11 Noyabr 2021 00:28 İngiltərə 712
“Evə qayıdanda, bu xəbərləri görüb təəccübləndim"

“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo İspaniya çempionatının 13-cü turu çərçivəsində “Selta”(3:3) ilə görüşdə meydana əvəzetmədən çıxmaqdan imtina etməsilə bağlı yayılan söz-söhbətə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, braziliyalı yayılan söhbətləri yalanlayıb:

“Evə qayıdanda, bu xəbərləri görəndə təəccübləndim. Həyatımda daim peşəkarlıq nümayiş etdirmişəm. İşlədiyim bütün insanlara hər zaman hörmətlə yanaşmışam”.

Koutinyo bu matçda ehtiyat oyunçular skamyasında qalıb və meydana daxil olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM