Premyer Liqa klubunu o çalışdıracaq – Ən yüksək məvaciblə 

10 Noyabr 2021 15:40 İngiltərə 948
Premyer Liqa klubunu o çalışdıracaq –  Ən yüksək məvaciblə 

“Qlazqo Reyncers”in baş məşqçisi Stiven Cerrard karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, Cerrard “Aston Villa”nı çalışdıracaq.

Artıq tərəflər arasında razılıq əldə edildiyi bildirilir. Cerrardın təyinatının bu həftə ərzində elan olunacağı deyilir.

“Aston Villa” Stivenə görə “Qlazqo Reyncers”ə kompensasiya ödəyəcək.

Onun “Aston Villa”nın tarixi ərzində ən yüksək məvacib alan məşqçi olacağı da qeyd olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti