"Mançester Siti" derbidə "Mançester Yunayted"i üstələdi - VİDEO

6 Noyabr 2021 21:40 İngiltərə 678
"Mançester Siti" derbidə "Mançester Yunayted"i üstələdi - VİDEO

İngiltərə Premyer Liqasının XI turunda Mançester derbisi baş tutub.

Sportinfo.az xəbər verir ki, prinsipial oyunda "Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib.

"Old Trafford"da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər 2 qol ilk hissədə vurulub. 7-ci dəqiqədə Erik Bayi topu öz qapısından keçirib. 45-ci dəqiqədə isə Bernardu Silva matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "şəhərlilər" 2-ci pilləyə yüksəlib. 17 xalı olan "qırmızı şeytanlar" isə 5-ci sırada qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti