“Tottenhem”in Antonio Konte ilə danışıqlar apardığı barədə məlumat yayılıb.
Sportinfo.az xəbər verir ki, 52 yaşlı italyan mütəxəssis London klubunun rəhbərliyinə tələblərini bildirib.
Məlumata görə, Konte 3 illik müqavilə və ildə 15 milyon avro məvacib tələb edib.
O da bildirilir ki, mütəxəssis qış transfer dönəmində ən azı 3-4 futbolçunun alınması üçün zəmanət də istəyib. Rəhbərliyin bu tələblərə reaksiyası bəlli deyil.
Amma bildirilir ki, tərəflər arasında danışıqlar davam edir.

