Dünyada ilk - Karbon tullantısı olmayan oyun keçiriləcək

7 Sentyabr 2021 18:20 İngiltərə 448
Dünyada ilk - Karbon tullantısı olmayan oyun keçiriləcək

“Tottenhem”lə “Çelsi” dünyada ilk dəfə olaraq ekoloji cəhətdən təmiz – karbon tullantısı olmayan oyun keçirməyi planlaşdırırlar.

Sportinfo.az xəbər verir ki, sentyabrın 19-da Premyer Liqada bu komandalar arasında keçiriləcək oyun tarixə düşə bilər.

“Tottenhem”in mətbuat xidməti azarkeşlərə müraciət edərək bildirib ki, qarşılaşmaya ya piyada, ya da velosipedlə gəlsinlər.

Stadionda ancaq bitki mənşəli qidalar təklif olunacaq. Hər iki komanda qarşılaşmaya xüsusi – karbon tullantılarını azaldan, bioyanacaqla işləyən avtobuslarda gələcəklər.

Futbolçular plastik yox, karton qablardan su içəcəklər. Britaniya hökuməti də bu ideyanı dəstəkləyib. Qeyd edək ki, noyabr ayında Qlazqoda BMT-nin İqlim Dəyişikliyi Konfransı keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti