“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Kriştiano Ronaldonun “Mançester Yunayted”ə qayıdışı haqda fikirlərini bildirib.
Sportinfo.az xəbər verir ki, Venger, 2003-cü ildə Ronaldonu “Arsenal”a gətirmək istədiyini də qeyd edib:
“Ronaldonu “Arsenal”a gətirəcəkdik, Aleks Ferqyuson onu əlimdən aldı. Bu gün də eyni şeyi “Mançester Siti”yə etdi.
Ronaldo bizim bazamızda idi, formanı geyinmişdi. O vaxt Karloş Keyruş Ferqyusonun köməkçisi idi.
Ronaldonu razı sala bildilər və biz onun üçün 4 milyon ödəyəcəkdiksə, “Mançester Yunayted” 12 milyon avro verdi.
Bu transferi təkcə idman prinsipləri ilə açıqlaya bilmərik. Burda peşəkarlıqla yanaşı, xüsusi duyğular da yer aldı. “Mançester Yunayted”də balansı qorumaq çətin olacaq”.

