Premyer Liqa klubu fransız yarımmüdafiəçi transfer etdi

15 İyul 2021 10:00 İngiltərə 585
Premyer Liqa klubu fransız yarımmüdafiəçi transfer etdi

“Norviç Siti” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Nitsa” klubunun yarımmüdafiəçisi Pyer Lis-Melunu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

“Norviç Siti” klubu bu transfer üçün qarşı tərəfə 5 milyon funt-sterlinq ödəyib.

Pyer Lis-Melu 2017-ci ildən “Nitsa”nın uğurları üçün çalışırdı. Bu komandanın heyətində bütövlükdə 140 matça çıxıb, 18 qol vuran fransız yarımmüdafiəçi, əvvəllər “Dijon”da da oynayıb.

Premyer Liqa təmsilçisi bu transferlə yanaşı, öz müdafiəçisi Bali Mumba ilə də yeni müqavilə imzalandığını açıqlayıb.

Tərəflər 4 illik yeni sözləşməyə imza atıblar. 19 yaşlı futbolçu 2020-ci ilin yayından bu klubun uğurları üçün çalışır.

Digər Xəbərlər
Xəbər Lenti