“Onun bizimlə qalmasını istəyirik, bu, komanda üçün çox vacibdir”

18 Mart 2024 15:20 İngiltərə 1 006
“Onun bizimlə qalmasını istəyirik, bu, komanda üçün çox vacibdir”

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Bernardo Silvanın klubdan ayrılmasını istəmir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis uzun illər Silvanı sərəncamında görmək niyyətindədir:

"Hamı Bernardonu çox sevir. Onun bizimlə qalmasını istəyirik. Bu, komanda üçün çox vacibdir. Uzun illər də “Siti”də qalmasını çox istəyirik".

29 yaşlı portuqaliyalı futbolçu 2017-ci ildə “Monako”dan “Mançester Siti”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti