Artıq “Mançester Siti”ni tərk etməyi düşünür - Kevin De Bruyne

3 İyun 2024 15:40 İngiltərə 2 017
Artıq “Mançester Siti”ni tərk etməyi düşünür - Kevin De Bruyne

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne yay transfer pəncərəsində komandasını tərk edə bilər.

Sportinfo.az “Football Insider”-ə istinadən xəbər verir ki, belçikalı futbolçu karyerasını davam etdirmək üçün tezliklə bir neçə təklif alacaq.

De Bruynenin bu ay 33 yaşı tamam olur, buna görə də artıq “Mançester Siti”ni tərk etməyi düşünür.

Yarımmüdafiəçinin “şəhərlilər”lə anlaşması 2025-ci ilin yayında başa çatır və o, müqaviləni uzatmaq istədiyi barədə hələ heç bir “siqnal” verməyib.

De Bruyne İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə 6 dəfə çempion olub. Belçikalı futbolçu son mövsümdə 18 matçda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır