"Biz elə bilirdik ki, müharibə heç vaxt olmayacaq"

28 Noyabr 2020 02:24 Hadisə 505
"Biz elə bilirdik ki, müharibə heç vaxt olmayacaq"

Rusiyanın RBK telekanalında Xankəndinə geri qayıdan qaçqınlarla bağlı reportaj hazırlanıb.

Sportinfo.az xəbər verir ki, reportajda Xankəndi sakinlərinin müharibənin nəticələrindən narazı qalan müsahibələri verilib.

Məsələn Xankəndi sakini Marietta Osipyan bildirib: “Biz 26 ildir bu torpaqlarda məğrur gəzirdik. Azərbaycanlılar bütün torpaqlarımızı əlimizdən aldılar. İndi isə vəziyyət başqadır. Azərbaycanlılar bütün rayonları əlimizdən aldılar. Buna görə özümüzü çox pis hiss edirik”.

Alvard Barxudaryan

Sevan Petrosyan isə deyir ki, çox ağrılı hisslər keçirir: “Bu 30 il ərzində müstəqil ölkədə yaşayırdıq. Doğrudur, dünya Dağlıq Qarabağı dövlət kimi tanımırdı. Amma yenə də müstəqil ölkənin vətəndaşları idik”.

Alvard Barxudaryanı isə başqa məqamlar yandırır: “Özümüz üçün uzun illərdir təhlükəsizlik zolağı yaratmışdıq. Biz elə bilirdik ki, müharibə heç vaxt olmayacaq. Ancaq indi sülh oldu. Əlbəttə, sülhdən məmnunuq. Çünki çox insanlar ölürdü. Amma biz öz təhlükəsizliyimizi itirdik. Çox heyf”.

Digər Xəbərlər
Xəbər Lenti