Kəmaləddin Heydərov: “Gəncə camaatı çox mətindir, heç bir panika yoxdur”

17 Oktyabr 2020 19:07 Hadisə 473
Kəmaləddin Heydərov: “Gəncə camaatı çox mətindir, heç bir panika yoxdur”

Sportinfo.az xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində hadisə yerində müsahibə verib.

K.Heydərov bildirib ki, bu, erməni vəhşiliyinin, vandalizminin nəticəsidir:

“Təkcə Gəncə şəhəri deyil, digər yaşayış məntəqələrimizi də vururlar. Burada heç bir hərbi obyekt yoxdur, əhalinin çox yaşadığı yerdir. Camaat çox mətindir, özlərini qətiyyətli aparırlar. Heç bir panika yoxdur.

Hazırda Ermənistan öz dərsini alır, Azərbaycan Ordusu qətiyyətli irəliləyişlər edir. Azərbaycan xalqı Ali Baş Komandanı dəstəkləyir və Ali Baş Komanda tarix yazır. Biz də xoşbəxt adamlarıq ki, o tarixi birgə yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar