"Şəfa" düşərgəsinə yeni legioner cəlb edib.
21 ildən sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi Omar Diavı sınaqdan keçirməkdədir.
Adıçəkilən əcnəbi Fransa vətəndaşıdır və 25 yaşı var.
Bu ölkənin məşhur klublarından «Marsel»İn yetirməsidir və mərkəz müdafiəçisi mövqeyində çıxış edir. O, son olaraq Belçikanın dördüncü liqasında forma geyinib.
"Ağ-göylər" bu yay 12 futbolçu ilə müqavilə imzalayıb.
Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko ("Vintentur", İsveçrə) və Kristofer Mamengi (“Priştina”, Kosovo) kollektivə qoşulub.
SPORTİNFO.AZ
