Argentina millisinin və “İnter Mayami”nin yarımmüdafiəçisi Rodriqo De Paul 2022-ci il dünya çempionatından sonra Lionel Messidən aldığı qeyri-adi hədiyyə barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, mundialdakı çempionluqdan sonra Argentina yığmasının bütün üzvlərinə xüsusi, qızıldan hazırlanmış “iPhone” hədiyyə edilib.
Komanda yoldaşlarına bu jesti edən Messi, əvvəlcə hədiyyəni anonim şəkildə təqdim edib, çünki diqqət çəkmək istəməyib. Daha sonra isə o, bütün komanda üzvlərinə belə bir mesaj göndərib:
“Ümid edirəm, hədiyyə xoşunuza gəldi. Siz qızıl oyunçularsız və belə hədiyyələrə layiqsiz. Bu, ölkəmiz və mənim üçün etdiklərinizə görə minnətdarlığımın bir əlamətidir. Siz qalibsiz”.
Argentina millisi 2022-ci ildə keçirilən dünya çempionatının finalında Fransa yığmasını məğlub edərək, çempion olub.

